Day.az saytının “Cənub TV”-nin məlumat bülleteninə istinadən yaydığı məlumata görə, Masallı rayonu Elektrik paylaşdırıcı şəbəkənin rəisi Allahverdi İsmaylov teleşirkətin əməkdaşını döyüb və senzuradan kənar sözlərlə təhqir edib.
Bu hadisəni əks etdirən kadrlar “Cənub TV”-nin efirində nümayiş etdirilib.
Xəbərdə o da bildirilir ki, yanvarın 12-də Masallı rayonunun Dəmirçi və Bədalan kənd sakinləri elektrik təhçizatında yaranan neqativ hallarla bağlı “Cənub TV” –yə müracuiət ediblər.
Kəndlərdə edilən çəkilişlərdən sonra, çəkiliş qrupu alternativ tərəfin fikirini öyrənmək üçün, Masallı Elektrik paylaşdırıcı şəbəkəyə yollanıb.
Şəbəkənin rəisi Allahverdi İsamayılov çəkilişə razılıq verməyib. “Cənub TV”- nin əməkdaşları gizli çəkiliş aparmaq istəsə də, bunu anlayan Allahverdi İsmaylov onları nalayiq sözlərlə təhqir etməyə başlayıb və əməkdaşlardan birini stul vasitəsilə döyüb. Allahverdi İsmayılovun içkili vəziyyətdə olması da ehtimal edilir.