TELEKANALIN OPERATORU ƏLİNDƏN CİDDİ XƏSARƏT ALIB

RATİ “Cənub TV”- nin əməkdaşlarının döyülməsi ilə bağlı bu gün telekanalın rəhbərliyi ilə əlaqə saxlayıb.

 Telekanalın xəbərlər departamentinin rəhbəri Bəxtiyar Axundov RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, “dünənki hadisədən sonra operator Elçin Əzizovun əlində ciddi xəsarət var, əli qatlandığından onu işlədə bilmir.   Müxbirlər – Nurlan Nəsirova və Elvin Rəhimliyə bir o qədər də ciddi xəsarət yetirilmədiyindən onların vəziyyəti normaldır”.

      Axundov onu da bildirdi ki, kanal rəhbərliyi bu gün Lənkaran Rayon Polis İdarəsinə müraciət edib və kanalın hər üç əməkdaşı dindirilib, onlardan ərizələr alınıb:” polisdən bizə bildirdilər ki, döyülmə faktı ilə bağlı qarşı tərəfdən də ifadələr alınacaq və müvafiq tədbirlər görüləcək”.

      Onun sözlərinə görə, “Cənub” TV-nin rəhbərliyi Lənkaran Elektrik Enerjisi Təhcizatı MMC-nin direktoru Şirin Quliyevə də müraciət edib: “Belə ki, Masallı Elektrikpaylaşdırıcı şəbəkə həmin MMC-yə tabedir. Şirin Quliyev öz növbəsində məsələni araşdırdığını və nəticəsi barədə xəbər verəcəyini bildirdi”.

     Xatırladaq ki, dünən (16 yanvar) “Cənub” TV nın üç əməkdaşı Masallı rayonunun Dəmirçi və Bədalan kənd sakinlərinin müraciəti əsasında elektrik təhçizatında yaranan neqativ hallarla bağlı Masallı Elektrikpaylaşdırıcı şəbəkənin rəisi Allahverdi İsmayılovun mövqeyini öyrənmək istəyiblər. Çəkilişə razılıq verməyən İsmayılov, sonradan jurnalistlərin gizli çəkiliş aparmaq istəklərini başa düşərək, onları təhqir etmiş və operatoru stul vasitəsilə döymüşdür. 

Previous Post

“CƏNUB TV”-NİN ƏMƏKDAŞLARI DÖYÜLÜB

Next Post

MÜXBİR MƏTBUAT KONFRANSINA BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.