Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesi keçirilib.
Bundan sonra prosesə ifadə vermək üçün Azərbaycan Nəşriyyatının qarşısında növbə çəkən polis nəfəri Gündüz Həsənov dəvət olunub. G.Həsənov ifadəsində hadisəni görmədiyini bildirib. G.Həsənov yalnız onu deyib ki, Q.Zahid ona yaxınlaşaraq təzyiqə məruz qaldığını bildirib: “bu zaman Q.Zahidin paltarı cırılmış vəziyyətdə idi”.
Bundan sonra prosesdə fasilə elan olundu. Fəsilədən sonra davam etməli olan proses vəkil Osman Kazımovun və şahidlərin olmamasına görə yanvarın 23-ü saat 11:00-a qədər təxirə salındı.
Məhkəmə prosesini izləmək üçün gələn jurnalistlərin bəziləri məhkəmə zalına buraxılmadı. Məhkəmə nəzarətçiləri bunu zalda boş yerin olmaması ilə izah etdilər. Prosesdə iştirak edə bilməyənlər məhkəmə nəzarətçiləri və əlavə çağırılan polis işçiləri tərəfindən məhkəmə binasından kənarlaşdırıldı və binanın qapıları bağlandı.