Bu gün RATİ-nin ofisində Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin RATİ-nin “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynova abidənin ucaldılması ilə bağlı edilən müraciətinə göndərdiyi cavab məktubu ilə əlaqədar mətbuat konfransı keçirildi.
RATİ-nin sədri Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılacaq digər addımlar haqqında da danışıb. O qeyd edib ki, Beynəlxalq Söz Azadlığı Assosasiyası (İFEX) bu iş üçün 6000 ABŞ dolları məbləğində pul ayırıb. Əsas məqsəd bundan ibarətdir ki, müsabiqə nəticəsində söz azadlığını ifadə edən xüsusi bir simvol hazırlansın. Bununla bağlı bir ay ərzində müsabiqənin reklam kampaniyası həyata keçiriləcək ki, hər bir vətəndaş simvol layihələrini bizə təqdim etsinlər. Bundan sonra komissiya təşkiil ediləcək və müsabiqənin qalibləri seçiləcək. Ilk üç yeri tutmuş şəxslərə pul mükafatları təqdim olunacaq. Birinci yerə seçilmiş simvol sonradan Elmar Hüseynovun büstündə lövhəcik şəklində həkk olunacaq ki, gələcəkdə də söz azadlığının simvolu kimi bu simvoldan istifadə olunsun. Gələn həftənin əvvəlindən etibarən “Azərbaycan”, “Respublika”, “Xalq”, “Ayna”, “Zerkalo”, “Exo”, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində reklam yerləşdiriləcək.