BAŞ REDAKTOR BARƏSINDƏ İSLAH İŞLƏRİ CƏZASI SEÇİLDİ

Bu gün  Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Alıyevanın sədrliyi ilə “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy  Əsgərovun xüsusi ittiham qaydasında “Xural” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bundan əvvəlki  məhkəmədə danışılan barışıq sazişi imzalanmadı. Buna Ağabəy Əsgərovu barışıq sazişindəki bəzi müddəaların qane etməməsi səbəb oldu. Bu barədə direktorun vəkili məlumat verdi. Hakim məsələnin ətraflı izahı üçün Əvəz Zeynallıya söz verdi. Baş redaktor qeyd etdi ki, “dünən görüşmüşük, bütün məsələlər müzakirə olunub, razılaşmışıq. İki öhdəçiliyi mən, iki öhdəçiliyi o öz boynuna götürmüşdü. Mən indi bilirəm ki, qarşı tərəf barışığa razı deyil”. Zeynallı hakimdən işə xitam verilməsini xahiş etdi. Qarşı tərəf isə iddialarını sonadək davam etdirəcəklərini bəyan etdi. Hakim qərar çıxarmaq üçün müşavirəyə çıxdı.

     Müşavirədən qayıdan hakim hökm oxudu. Hökmə əsasən, Əvəz Zeynallı Cinayət Məcəllsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırıldı. Baş redaktorun hər ay maaşının 15 %-i dövlət nəfinə ödənilməlidir.  

 Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair  iddia qaldırıb. Iddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri”  və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan” fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorunun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunurdu.

Previous Post

HÜSEYNOVUN İŞİ ÜZRƏ MƏHKƏMƏ İSTİNTAQI YARIMÇIQ APARILDI

Next Post

PREZİDENTƏ MÜRACİƏT GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.