Bu gün Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Alıyevanın sədrliyi ilə “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovun xüsusi ittiham qaydasında “Xural” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Müşavirədən qayıdan hakim hökm oxudu. Hökmə əsasən, Əvəz Zeynallı Cinayət Məcəllsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırıldı. Baş redaktorun hər ay maaşının 15 %-i dövlət nəfinə ödənilməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair iddia qaldırıb. Iddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri” və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan” fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorunun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunurdu.