Noyabrın 18-də gecə evinə basqın edilmiş (http://www.irfs.az/content/view/1536/28/lang,az/) “Ayna”və “Zerkalo” qəzetlərinin müxbiri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, habelə Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (iwpr.net) əməkdaşı İdrak Abbasov bu gün (20 noyabr) Binəqədi rayon Polis İdarəsinin 40-ci Polis Bölməsinə dəvət edilib.
Bu barədə RATİ-yə Abbasovun özü məlumat verib.
Abbasovun sözlərinə görə, onu rəis müavini Emin Aslanov qəbul edib. Rəis müavini baş vermiş hadisə ilə bağlı ciddi şəkildə təhqiqat apardiqlarını və basqınşıların cəzasız qalmayacaqını deyib: “Amma mənə məlum oldu ki, qardaşlarımın köməkliyi ilə tutub polisə təhvil verdiyimiz basqınçı azad edilib və baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmayıb. Bu da məni ciddi narahat edir”.