GENERALIN TƏKRAR İDDİASI RƏDD EDİLDİ

 Bu gün (20 noyabr) Yasaml rayon Məhkəməsində hakim Abbas Rzayevin sədirliyi ilə Müdafiə Nazirliyinin Beyləqan hərbi birləşməsinin komandiri general-mayor Mahmud Həmzəyevin “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, qəzetin baş redaktorunun birinci müavini Üzeyir Cəfərov, ehtiyyatda olan zabitlər – Arif Rəhimov və Telman Əbilova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə  xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası kecirilib.

İddiaçının təkrarən eyni iddia ilə məhkəməyə müraciət etdiyini nəzərə alan  hakim  sikayəti  rədd etdi.
Qeyd edək ki, həmin iddia ilə Həmzəyev  bundan əvvəl də Yasamal rayon   Məhkəməsinə müraciət etmişdi. 17 oktyabr 2008-ci il tarixində hakim Fuad Talışınskinin sədrliyi ilə keçirilən prosesdə iddiaçının irəli sürdüyü ittihamın əssasız olması və sübutların çatışmamazlığını səbəbindən iddia rədd edilmişdi.
 

Previous Post

MTRŞ XARİCİ RADİSTANSİYALARLA BAĞLI KRAMERİN TƏƏSSURATINA ŞUBHƏ İLƏ YANAŞIR

Next Post

JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXS SƏRBƏST BURAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.