JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXS SƏRBƏST BURAXILIB

Noyabrın  18-də gecə evinə basqın edilmiş  (http://www.irfs.az/content/view/1536/28/lang,az/)  “Ayna”və “Zerkalo” qəzetlərinin müxbiri,   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, habelə Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (iwpr.net) əməkdaşı  İdrak Abbasov bu gün (20 noyabr) Binəqədi rayon Polis İdarəsinin 40-ci Polis Bölməsinə dəvət edilib.

Bu barədə RATİ-yə Abbasovun özü məlumat verib.
Abbasovun sözlərinə görə, onu rəis müavini Emin Aslanov qəbul edib. Rəis müavini  baş vermiş hadisə ilə bağlı ciddi şəkildə təhqiqat apardiqlarını və basqınşıların cəzasız qalmayacaqını deyib: “Amma mənə məlum oldu ki, qardaşlarımın köməkliyi ilə tutub polisə təhvil verdiyimiz basqınçı  azad edilib və baş vermiş hadisə ilə bağlı cinayət işi başlanmayıb. Bu da məni ciddi  narahat edir”.

Previous Post

GENERALIN TƏKRAR İDDİASI RƏDD EDİLDİ

Next Post

AZTV “AMERİKANIN SƏSİ” NƏ XƏBƏRDARLIQ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.