Bu gün (21 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində "İdeal" qəzetinin kollektivi və qəzetin təsisçisi Nazim Quliyevin ailə üzvləri mətbuat konfransı keçirməli idilər.
İlk öncə B.Quliyev tədbirə gəlməməyinin səbəbini onunla izah etdi ki, dünən qəzetin əməkdaşlarına mənəvi təzyiqlər edilib və onlara evdən çıxmamaları tapşırılıb. B.Quliyev təzyiqin konkret kim tərəfindən olduğunu deməsə də, təzyiqin motivini açıqladı: “Əməkdaşlara deyilib ki, əgər mətbuat konfransı keçirsələr onları Nazim Quliyev başda olmaqla mütəşəkkil cinayətkar dəstə üzvü kimi şəklində həbs edəcəklər”.
Daha sonra B.Quliyev prezidentdə və KİV nümayəndələrinə müraciət etdi: “Mən bir vətəndaş kimi prezidentdə, birinci xanım Mehriban Əliyevaya və KİV-lərə müraciət edirəm ki, bu cür haqsızlıqların qarşısı alınsın. Nazim haqqında seçilmiş həbs-qətimkan tədbiri əsasızdır. Çünki o, təsisçi kimi qəzetin yazı işlərinə qarışmır. Nazim Quliyevin ailəsi, bütün yaxınları təzyiq altındadır. Evimizə zəng edib bildiriblər ki, Nazimi öldürmüşük, digərlərini də eyni aqibət gözləyir. Habelə zəng edib bildirirlər ki, siz onun yerini bilirsiniz. Bütün tanışlarımıza təzyiqlər olur. Bacım oğlu “banditizim-terrorizm” ittihami ilə saxlanılıb. Dünən axşam saatlarında azadlığa buraxılıb. Redaksiyanın mühafizəçisi də eyni ittihamla saxlanılıb. Bunlardan başqa da bir neçə yaxın qohumum saxlanılıb”.
Habelə, B.Quliyev onu da bildirdi ki, təzyiqlərin nəticəsi olaraq artıq “İdeal” qəzeti də nəşrini dayandırıb.
Xatırladaq ki, noyabrın 14-də “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov Nəsimi rayon Məhkəməsinidə hakim Elmar Kərimovun sədrliyi ilə Səbirə Mahmudovanın “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov və qəzetin təsisçisi Nazim Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia (http://www.irfs.az/content/view/1493/28/lang,az/) üzrə kemirilən məhkəmə prosesi zamanı 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasina məhkum edilib
Qəzetin təsisçisi Nazim Quliyev haqqında isə noyabrın 1-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib, haqqında axtarış élan olunub.