Dünən (15 dekabr) ailə üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüblər.
Bu barədə RATİ-yə Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib: “Qənimətin səhhəti normaldır, saxlandığı müəssisə personalından da heç bir şikayəti yoxdur”.
Mürsəliyevanın sözlərinə görə, Zahid Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının (Hacıyev) üstünə hücum çəkməsini qəti pisləyib.
Mürsəliyevanın sözlərinə görə, Zahid Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının (Hacıyev) üstünə hücum çəkməsini qəti pisləyib.
Habelə Mürsəliyeva onu da əlavə etdi ki, sabah (17 dekabr) Bakı Apellyasiya Məhkəməsində Zahidin əlyazmalarının taleyi ilə bağlı məhkəmə prosesi keçiriləcək. Artıq Zahid bu məsələ ilə bağlı bildiriş də alıb.
Xatırladaq ki, Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan müddətdə müasir Azərbaycan tarixinə dair 300 səhifədən ibarət kitab yazıb. Təcridxana rəhbərliyi isə əlyazmanı qeyri-qanuni müsadirə edərək məhv edib.