2009-CU İLİN YANVARINDAN “ÇTO? QDE? KOQDA?” VERİLİŞİNİN YAYIMI DAYANDIRILACAQ

2009-cu ilin yanvar ayının 1-dən  “Space” televiziya kanalında rus dilində yayımlanan “Çto? Qde? Koqda?” (Nə? Kim? Harada? – red.) intellektual verilişinin yayımı dayandırılacaq. Bu barədə RATİ-yə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli məlumat verib.

Məhərrəmli bildirib ki, MTRŞ hələ bir il bundan əvvəl xarici dildə yayımlanan verilişlərin yayımının dayandırılması ilə bağlı bütün telekanallara və radiolara xəbərdarlıq edib.
 
 “Biz veriliş müəllifləri və televiziya rəhbərliyinə “Çto? Qde? Koqda?” verilişinin Azərbaycan dilində yayımlanmasını təklif etmişik.  Azərbaycanda yayımlanan bütün verilişlər rəsmi dövlət dilində olmalıdır”, – deyə qeyd edən Məhərrəmli  MTRŞ-nin dekabrın 25-ə planlaşdırılan iclasında bu məsələ ilə bağlı qəti qərarın qəbul olacağını da bildirib.
 
 “Space” telekanalın Xəbərlər Departamentinin koordinatoru Rüstəm Hüseynov sözlərinə görə isə, sözü gedən verilişin dayandırılması üçün onlara hər hansı bir xəbərdarlıq daxil olmayıb.
Previous Post

PARTİYA SƏDRİNİN İDDİASI İLƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.