AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

 Dünən (15 dekabr) ailə üzvləri  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüblər.

 Bu barədə  RATİ-yə  Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib: “Qənimətin səhhəti normaldır, saxlandığı müəssisə personalından da heç bir şikayəti yoxdur”.
 
 Mürsəliyevanın sözlərinə görə,  Zahid Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının  “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının (Hacıyev) üstünə hücum çəkməsini qəti pisləyib.

 Habelə Mürsəliyeva onu da əlavə etdi ki, sabah (17 dekabr) Bakı Apellyasiya Məhkəməsində Zahidin əlyazmalarının taleyi ilə bağlı məhkəmə prosesi keçiriləcək. Artıq Zahid bu məsələ ilə bağlı bildiriş də alıb.

 Xatırladaq ki,  Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan müddətdə müasir Azərbaycan tarixinə dair 300 səhifədən ibarət kitab yazıb. Təcridxana rəhbərliyi isə əlyazmanı qeyri-qanuni müsadirə edərək məhv edib.
 
Previous Post

2009-CU İLİN YANVARINDAN “ÇTO? QDE? KOQDA?” VERİLİŞİNİN YAYIMI DAYANDIRILACAQ

Next Post

RATİ JURNALİSTLƏRƏ QARŞI FİZİKİ ZOR TƏTBİQ EDİLMƏSİNİ PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.