RATİ JURNALİSTLƏRƏ QARŞI FİZİKİ ZOR TƏTBİQ EDİLMƏSİNİ PİSLƏYİR

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) son günlərdə jurnalistlərin  açıq-aşkar  fiziki təzyiqlərə məruz qalmasından ciddi narahatdır.

Belə ki, 12 dekabr 2008-ci ildə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bir neçə şəxslə «Yeni Müsavat» qəzetinin redaksiyasına gələrək, bu qəzetin köşə yazarı Zamin Hacıya (Havıyevə) fiziki təzyiq göstərib. Buna səbəb Zamin Hacının «Yeni Müsavat» qəzetinin 12 dekabr tarixli sayında dərc olunmuş «İki karın dialoqu» adlı köşə yazısında Akif Nağıya «əkə» (özbək dilində qardaş) deyə müraciət etməsi olub.  A. Nağı redaksiyada Zamin Hacını təhqir edib, özü ilə gətirdiyi adamların jurnalisti tutmasından sonra isə ona sifətindən yumruq zərbəsi endirib.
Bundan əvvəl , 01 dekabr tarixində  ATV kanalında yayımlanan "El içində" verilişinin çəkiliş prosesində "ANS-Press"-in müxbiri Vüqar Kamiloğlu müğənni Vasif Məhərrəmli tərəfindən fiziki təzyiqə məruz qalıb. V. Məhərrəmli peşə fəaliyyətini yerinə yetirərək ona sual verən (jurnalist müğənniyə çəkdirdiyi son klipin kim tərəfindən maliyyələşdirilməsi ilə bağlı sual verib – red.) jurnalistin üstünə atılaraq ona yumruq zərbələri endirib.
RATİ baş vermiş hər iki insidentdə jurnalistlərə qarşı edilmiş fiziki təzyiqləri yolverilməz hesab edir və bu qanuna zidd əməlləri törədən şəxsləri qınayır.
RATİ hüquq mühafizə orqanlarını hər iki hadisəni obyektiv araşdıraraq, qanunazidd  hərəkətləri törədən şəxsləri cəzalandırmağa çağırır.
 
 
Previous Post

AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

SAKİT ZAHİDOV AZADLIĞA ÇIXACAĞI GÜNÜ SƏBİRSİZLİKLƏ GÖZLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.