NƏCƏF NƏCƏFOVUN VƏFATINDAN 9-İL KEÇDİ

Bu gün Azərbaycan Media Mərkəzində “Azadlıq” qəzetinin təsisçisi  və ilk baş redaktoru  Nəcəf Nəcəfovun vəfatından  9 il keçməsi ilə bağlı  dəyirmi masa keçirildi.

Tədbirin təşkilatçısı  “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri  Arif Əliyev N.Nəcəfovun  mətbuat azadlığı sahəsində xidmətləri  barədə danışaraq, qarşıdan mərhum jurnalistin  55 illiyinin gəldiyini və bu münasibətlə bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi.
Daha sonra Nəcəf Nəcəfov  Fondunun icraçı direktoru Şahin Hacıyev, “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu, politoloqlar – Rasim Musabəyov,  Hikmət Hacızadə və digər şəxslər təkliflərlə çıxış etdilər.
Sonda A.Əliyev  bütün təkliflərin nəzərdən keçiriləcəyini və  yaxın günlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərin  tam dəqiqləşdiriləcəyini bildirib.
Xatırladırıq ki,  N.Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda anadan olub. 1980-ci ildə “İnşaatçı” qəzetində müxbir kimi  fəaliyyətə başlayıb. Sonra “Vışka” qəzetində müxbir kimi işə başlayıb və 1986-cı ilə qədər bu qəzetdə  şöbə müdiri işləyib. Elə həmin ildə “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. 1988-ci ildə həmin vəzifədən çıxarılıb və bundan sonra Azərbaycanda ilk müstəqil mətbuat orqanı olan “Azadlıq” qəzetini yaradıb. 1990-cı ildə bir qrup müstəqil jurnalistlə birgə “Turan” İnformasiya Agentliyini təsis edib. 1990-95-ci illərdə  Azərbaycan parlamentinin  deputatı, 1992-93-cü illərdə Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində işləyib. N.Nəcəfov 1999-cu il dekabrı ayının 17-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Previous Post

“GÜNDƏLİK BAKI” İLƏ BAĞLI İKİ MƏHKƏMƏ İDDİASININ BAXIŞI BİR İCRAATDA BİRLƏŞDİRİLDİ

Next Post

NAXÇIVANDA FƏRDİ PEYK ANTENALARI YIĞIŞDIRILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.