“GÜNDƏLİK BAKI” İLƏ BAĞLI İKİ MƏHKƏMƏ İDDİASININ BAXIŞI BİR İCRAATDA BİRLƏŞDİRİLDİ

Bu gün (17 dekabr) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə 21 saylı orta məktəbin direktoru Fərrux Ağasıyevin  "Gündəlik Bakı" qəzetinə qarşı qaldırdığı iddia üzrə qapalı məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində iddiaçı tərəfdən Bakıxan Yusifov, cavabdeh tərəfdən isə qəzetin təsisçi və baş redaktoru Habil Vəliyev və baş redaktorun birinci müavini Üzeyir Cəfərov iştirak edib. Bu barədə RATİ-yə Ü.Cəfərov məlumat verib.
Xatırladaq ki, 21 saylı orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Zöhrə Yusubova da  "Gündəlik Bakı" qəzetinə qarşı eyni məqaləyə görə, eyni tələblə iddia irəli sürüb. Bu iş hakim Xəqani Məmmədovun icraatında idi. Ötən məhkəmə prosesində cavabdeh tərəf vəsatət qaldıraraq iddiaların bir məhkəmə baxışında birləşdirilməsini xahiş etmişdi və hakim bu vəsatəti baxılması üçün qəbul etmişdi.
Ü.Cəfərovun sözlərinə görə, bu günkü  prosesdə hakim Hacıyeva qaldırılmış vəsatətin təmin edildiyini və hər iki işə eyni icraatda hakim Məmmədovanın sədrliyi ilə baxılacağını bildirib.
Proses dekabrın 25-də  saat 15.00-da hakim Məmmədovun sədrliyi ilə qapalı keçiriləcək.
Qeyd edək ki, hər iki iddiaya “Gündəlik Bakı” qəzetinin 07 noyabr 2008-ci il tarixli sayında  “5-ci sinif şagirdi zorlandı” başlıqlı məqalə səbəb olub.
Previous Post

REDAKSİYANIN QARƏT OLUNMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

Next Post

NƏCƏF NƏCƏFOVUN VƏFATINDAN 9-İL KEÇDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.