ZAMİN HACI QAT SƏDRİ İLƏ BARIŞMAQ FİKRİNDƏ DEYİL

Dünən (24 dekabr) “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli Binəqədi rayon Prokurorluğunda “Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağının qəzetin köşə yazarı Zamin Hacıya qarşı etdiyi fiziki təzyiqlə əlaqədar şahid qismində ifadə verib.

Bu barədə RATİ-yə  məlumat verən E. Məmmədli baş vermiş hadisəni gördüyü kimi istintaqa bildirdiyini deyib.
Belə ki, A. Nağı QAT adından  Z. Hacıya barışıq təklif etsə də jurnalist bu təklifi rədd edir: Jurnalist nəinki A. Nağı ilə  barışmaq hətta onun üzrxahlığını qəbul etmək fikrində olmadığını bildirib.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri A. Nağı  bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Z. Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər. Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllifi olduğu “iki karın dialoqu” başlıqlı yazıda  QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanılıb.
Previous Post

BAŞ REDAKTOR NAZİRƏ QARŞI QALDIRDIĞI İDDİADAN İMTİNA ETDİ

Next Post

MİRZƏ SAKİTİN VAXTINDAN ƏVVƏL AZAD OLUNMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.