BAŞ REDAKTOR NAZİRƏ QARŞI QALDIRDIĞI İDDİADAN İMTİNA ETDİ

Bu gün (25 dekabr) Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktoru Sərdar Əliyevin (Əlibəyli) Gənclər və İdman naziri Azad Rəhimova qarşı “Vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” barədə qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Amma hakim Gənclər və İdman Nazirliyinin (GİN) baş hüquqşünası Rauf Əliyevi və “Nota” qəzetinin baş redaktoru Sərdar Əliyevi öz kabinetinə dəvət etdi. Bu görüşdən çıxan S. Əliyev iddiasından imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, GİN-in baş hüquqşünası sorğunun cavabını ona təqdim edib. Buna görə də o, iddiasını geri götürüb.
Qeyd edək ki, S. Əlibəyli A. Rəhimova 08 oktyabr 2008-ci il tarixində informasiya sorğusu göndərərək “Nota” qəzetinin 05-11 oktyabr tarixli sayında dərc olunmuş “İki nazirin bir şadlıq evi” başlıqlı yazıya münasibət bildirməsini, habelə  bir sıra sualları cavablandırmasını xahiş edib. Nazir  isə sorğuya cavab verməyib. Buna görə də S. Əlibəyli Nərimanov rayon Məhkəməsinə müraciət edərək A. Rəhimovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, informasiya sorğusunun cavablandırılmasını və  100 min AZN məbləğində  cərimələnməsini tələb edirdi.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏSİNDƏ HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Next Post

ZAMİN HACI QAT SƏDRİ İLƏ BARIŞMAQ FİKRİNDƏ DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.