2008-ci il dekabrın 31-i saat 00.00-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarını icra edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xarici radiostansiyaların FM dalğasında yayımını kəsib.
“Azadlıq” radiosu fəaliyyətini qısa dalğada, internetdə və peyk yayımı vasitəsilə davam etdirir, bütün verilişlər yayım cədvəli üzrə əvvəlki qaydada davam edir.
Yanvarın 1-dən etibarən “Azadlıq” radiosunu qısa dalğaların 9.48 MHz tezliyində (Bakı vaxtilə saat 20-dən 21-dək), habelə internet səhifəsində http://www.azadliq.org/ ünvanında və Hot-bird peyk yayımı vasitəsilə 24 saat ərzində dinləmək mümkündür.
Dinləyicilər yanvarın 1-dən etibarən “Amerikanın Səsi”nin Azərbaycan Xidmətinin tam formatlı verilişlərinə hər gecə Bakı vaxtı ilə saat 22:30-dan 23-00-a 9625, 9805 12025 kilohertz tezliklərdə qulaq asa, həmçinin internetdə www.voanews.com/azerbaijani ünvanında 24 saat ərzində dinləyə bilərlər.
BBC-nin Azərbaycan xidməti 6 055, 7 215 və 9 635 kiloherts qısa dalğalarada efirə çıxacaq, həmçinin internetdə http://www.bbc.co.uk/azeri ünvanında 24 saat ərzində dinləyə bilərlər.
Qeyd edək ki, MTRŞ-nin dekabrın 30-da keçirilən iclasında Azərbaycanda yayımlanan xarici radiostansiyaların FM tezliyində yerüstü yayımının dayandırılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, MTRŞ-nin dekabrın 30-da keçirilən iclasında Azərbaycanda yayımlanan xarici radiostansiyaların FM tezliyində yerüstü yayımının dayandırılması ilə bağlı qərar verilib.