FM DALĞALARI ALINMIŞ XARİCİ RADİOLARI NECƏ DİNLƏMƏK OLAR?

2008-ci il  dekabrın 31-i  saat 00.00-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarını icra edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  xarici radiostansiyaların FM dalğasında yayımını kəsib.

“Azadlıq” radiosu fəaliyyətini qısa dalğada, internetdə və peyk yayımı vasitəsilə davam etdirir, bütün verilişlər yayım cədvəli üzrə əvvəlki qaydada davam edir.
Yanvarın 1-dən etibarən “Azadlıq” radiosunu qısa dalğaların 9.48 MHz tezliyində (Bakı vaxtilə saat 20-dən 21-dək), habelə internet səhifəsində http://www.azadliq.org/ ünvanında və Hot-bird peyk yayımı vasitəsilə 24 saat ərzində dinləmək mümkündür.
Dinləyicilər yanvarın 1-dən etibarən “Amerikanın Səsi”nin Azərbaycan Xidmətinin tam formatlı verilişlərinə hər gecə Bakı vaxtı ilə saat 22:30-dan 23-00-a  9625, 9805  12025  kilohertz  tezliklərdə qulaq asa, həmçinin internetdə  www.voanews.com/azerbaijani ünvanında 24 saat ərzində dinləyə bilərlər.
BBC-nin Azərbaycan xidməti 6 055, 7 215 və 9 635 kiloherts qısa dalğalarada efirə çıxacaq, həmçinin internetdə  http://www.bbc.co.uk/azeri  ünvanında 24 saat ərzində dinləyə bilərlər.
Qeyd edək ki, MTRŞ-nin  dekabrın 30-da keçirilən iclasında Azərbaycanda yayımlanan xarici radiostansiyaların FM tezliyində yerüstü yayımının dayandırılması ilə bağlı qərar verilib.
Previous Post

İNGİLTƏRƏNİN TÜRK İCMASI PREZİDENT ABDULLA GÜLƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MÜRACİƏT ÜNVANLAYIB

Next Post

MƏTBUAT ŞURASI “SƏS” QƏZETİ BARƏDƏ QƏRAR ÇIXARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.