“AVROPA +” RADİOSU MƏHKƏMƏYƏ VERİLDİ

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) “Avropa+” radiosunu məhkəməyə verib. Bu xəbəri RATİ-yə  MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov verib.

Onun sözlərinə görə, İqtisad  Məhkəməsində baxılacaq iddianın tələbi ilə  radiostansiyaya yerli radio kimi verilmiş lisenziyaya xitam veilməlidir.
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli  qərarına əsasən yanvar ayının 1-dən etibarən Azərbaycanda  3 xarici radiostansiya – “Azadlıq”, “Amerikanın səsi”, “BBC” və yerli radio olan “Avropa +”un FM tezliyində yayımı  dayandırılıb.
Qeyd edək ki, məsələ ilə bağlı  “Avropa +” radiosu rəhbərliyinin də münasibətini öyrənməyə cəhd etdik. Amma fəaliyyəti dayanmış radiostansiyanın heç bir nümayəndəsi ilə əlaqə yaratmaq mümkün olmadı.

Previous Post

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI 44 ŞİKAYƏT KOMMUNİKASİYA MƏRHƏLƏSİNDƏDİR

Next Post

“REFERENDUM KİV-İN DƏ FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRMAĞA YÖNƏLİB”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.