AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI 44 ŞİKAYƏT KOMMUNİKASİYA MƏRHƏLƏSİNDƏDİR

Avropa İnsan Hüqüqları Məhkəməsində Azərbaycanla bağlı  44 şikayət kommunikasiya mərhələsindədir. “Azadlıq” qəzetinin yaydığı məlumata görə, sözügedən 44 iş üzrə şikayət əsasən “İnsan Hüquqları və Əsas Azadlıqların  Müdafiəsi haqqında” Avropa Konvensiyasının müxtəlif maddələrinin pozuntusu ilə əlaqədardır.

Hazırda Avropa Məhkəməsi həmin şikayətlərlə bağlı Azərbaycan hökumətinə məlumat verib və hökumətin cavabını gözləyir.
Qeyd edək ki, şikayətçilər sırasında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan“ qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin, ”Yeni Müsavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlunun və  ”Qaya” Mətbuat Yayımının direktoru  Xanhüseyn Əliyevin də adı var.

Previous Post

HÖKUMƏT “AZADLIQ” RADİOSUNUN BAKIDAKI OFİSİNİ DƏ BAĞLAYIR?

Next Post

“AVROPA +” RADİOSU MƏHKƏMƏYƏ VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.