Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) peşə borcunu yerinə yetirən Azərbaycan jurnalistlərinin Ermənistan ordusunun hərbçiləri tərəfindən atəşə tutulmasını pisləyir.
Belə ki, hadisə 2009-cu il 14 yanvar tarixində, saat 16:30 radələrində "Azad Azərbaycan" (ATV) və "Lider" telekanallarının əməkdaşları (ATV-nin müxbiri Hafiz Hüseynoğlu və operatoru Eldəniz Vəliyev, "Lider"-TV-nin operatoru İlqar Səlmanoğlu və Habil Aslanoğlunun) Ermənistan və Azərbaycan hərbi birləşmələrinin Azərbaycanın Ağdam rayonu ərazisindəki təmas xəttində baş verib. Mülki geyimdə olan jurnalistlər Ağdam rayonunun işğal altında olan Şahbulaq kəndi ərazisində ermənilər tərəfindən kilsənin inşa edilməsini videolentə alarkən erməni hərbçiləri tərəfindən atəşə tutulublar. Azərbaycan hərbçilərinin cavab atəşi açması nəticəsində jurnalistlər atəş altından çıxa biliblər.
RATİ hesab edir ki, Azərbaycanla Ermənistan müharibə şəraitində olmasına baxmayaraq, media nümayəndələrinin sərbəst informasiya toplamaq hüququ vardır. Dünyanın ən qaynar nöqtələrində – açıq müharibə gedən ərazilərdə belə jurnalistlər məlumat toplamaq, həmçinin yaymaq hüququndan istifadə edə bilirlər.
RATİ jurnalistlərə atəş açan erməni hərbçilərini qınayaraq onları jurnalistlərin beynəlxalq qanunvericiliyə əsaslanan informasiyanı əldə etmək hüququna hörmətlə yanaşmağa çağırır.