RATİ-NİN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) peşə borcunu yerinə yetirən Azərbaycan  jurnalistlərinin Ermənistan ordusunun hərbçiləri tərəfindən atəşə tutulmasını pisləyir.

Belə ki, hadisə 2009-cu il 14 yanvar tarixində, saat 16:30 radələrində  "Azad Azərbaycan" (ATV) və "Lider" telekanallarının əməkdaşları (ATV-nin müxbiri  Hafiz Hüseynoğlu və operatoru Eldəniz Vəliyev,  "Lider"-TV-nin  operatoru İlqar Səlmanoğlu  və Habil  Aslanoğlunun)  Ermənistan və Azərbaycan hərbi birləşmələrinin  Azərbaycanın Ağdam rayonu ərazisindəki təmas xəttində baş verib. Mülki geyimdə olan jurnalistlər Ağdam rayonunun işğal altında olan Şahbulaq kəndi  ərazisində ermənilər tərəfindən kilsənin inşa edilməsini  videolentə alarkən erməni hərbçiləri tərəfindən atəşə tutulublar. Azərbaycan hərbçilərinin cavab atəşi açması nəticəsində jurnalistlər atəş altından çıxa biliblər.
RATİ hesab edir ki, Azərbaycanla Ermənistan müharibə şəraitində olmasına baxmayaraq, media nümayəndələrinin sərbəst informasiya toplamaq hüququ vardır. Dünyanın ən qaynar nöqtələrində – açıq müharibə gedən ərazilərdə belə jurnalistlər məlumat toplamaq, həmçinin yaymaq hüququndan istifadə edə bilirlər.
RATİ jurnalistlərə atəş açan erməni  hərbçilərini qınayaraq onları jurnalistlərin  beynəlxalq qanunvericiliyə əsaslanan informasiyanı əldə etmək hüququna hörmətlə yanaşmağa çağırır.
Previous Post

SƏDƏRƏKDƏ JURNALİSTLƏR HÜCUMA MƏRUZ QALIB

Next Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.