OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Dünən (16 yanvar)    Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir neçə cəzaçəkmə müəssisələrinə  baş çəkiblər.

Onlar həmçinin  12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə də görüşüblər. Bu barədə RATİ-yə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat  verilib. Məlumatda bildirilir ki,  E. Fətullayevin cəzaçəkmə müəssisəsinin rəhbərliyi və əməkdaşlarının ona qarşı olan münasibətindən, saxlanılma şəraitindən heç bir  narazılığı yoxdur və ona istədiyi mətbuatla tanış olmağa şərait yaradılır.
Previous Post

RATİ-NİN BƏYANATI

Next Post

ABŞ AZƏRBAYCAN RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.