REPORTYOR İNFORMASİYA AGENTLİYİNƏ TƏZYİQLƏR OLUB

Bu gün (29 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Reportyor İnformasiya Agentliyinin (RİA) təsisçisi Zülfiqar Xeyirxəbər " ria.az " saytına olan haker hücumları və saytın əməkdaşlarına qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.

Xeyirxəbər bu təzyiqlərin 15 oktrabrda keçirilən prezident seçkiləri ərəfəsindən başladığını bildirdi. Onun sözlərinə görə, seçki günü agentliyin əməkdaşı Ülviyyə Axundovaya yaşadığı mənzilin qarşısında özlərini polis işçiləri kimi təqdim edən şəxslər yaxınlaşaraq ondan agentliyin bağlanmasını tələb ediblər. Məsələ ilə bağlı şifahi və mətbuat vasitəsilə  Daxili İşlər Nazirliyi (DİN) və Mətbuat Şurasına (MŞ) müraciət etdiklərini bildirən Z. Xeyirxəbər müraciətə hələ də baxılmadığını bildirdi.

Dəfələrlə "ria.az" saytının sıradan çıxarılmasına cəhd göstərildiyini deyən Xeyirxəbər vurğuladı ki, bu yaxınlarda polis əməkdaşları hakerlərdən birini görüşə dəvət edərək bizim saytımızı məhv etməyi tapşırıb: "Ancaq onlar bilməyiblər ki, bu haker bizim saytı yaradanlardan biridir".

Agentliyin fəaliyyətini daha da genişləndirmək üçün ofis kimi istifadə etdiyi və  yaşadığı mənzili hal-hazırda satışa çıxardığını bildirən Z. Xeyirxəbər bu təzyiqləri siyasi sifariş olmadığını, sadəcə olaraq məmur özbaşınalığının nəticəsi olduğunu söylədi: "Biz yalnız xəbər agentliyiyik. Lakin ara-sıra saytda köşə yazıları da olur. Ola bilsin ki, bu yazılarda  səslənən fikirlər kiminsə xoşuna gəlmir".

 

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,185/

 

Previous Post

İCTİMAİ BİRLİK SƏDRİ APELLYASİYA ŞİKAYƏTİ VERİB

Next Post

MİRZƏ SAKİTİN VƏKİLİ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİN MƏHKƏMƏDƏ DİNDİRİLMƏSİ ÜÇÜN VƏSATƏT VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.