Bu gün (29 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Reportyor İnformasiya Agentliyinin (RİA) təsisçisi Zülfiqar Xeyirxəbər " ria.az " saytına olan haker hücumları və saytın əməkdaşlarına qarşı təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.
Dəfələrlə "ria.az" saytının sıradan çıxarılmasına cəhd göstərildiyini deyən Xeyirxəbər vurğuladı ki, bu yaxınlarda polis əməkdaşları hakerlərdən birini görüşə dəvət edərək bizim saytımızı məhv etməyi tapşırıb: "Ancaq onlar bilməyiblər ki, bu haker bizim saytı yaradanlardan biridir".
Agentliyin fəaliyyətini daha da genişləndirmək üçün ofis kimi istifadə etdiyi və yaşadığı mənzili hal-hazırda satışa çıxardığını bildirən Z. Xeyirxəbər bu təzyiqləri siyasi sifariş olmadığını, sadəcə olaraq məmur özbaşınalığının nəticəsi olduğunu söylədi: "Biz yalnız xəbər agentliyiyik. Lakin ara-sıra saytda köşə yazıları da olur. Ola bilsin ki, bu yazılarda səslənən fikirlər kiminsə xoşuna gəlmir".
Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,185/