İCTİMAİ BİRLİK SƏDRİ APELLYASİYA ŞİKAYƏTİ VERİB

Bu gün (29 yanvar) Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyevin "21-ci Əsr Təhsil Mərkəzi"nin rəhbəri Etibar Əliyevə qarşı cinayət məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə proses keçirildi.

 Prosesdə iddiaçı tərəfdən vəkil Cavad Cavadov, cavabdeh tərəfdən isə Etibar Əliyev, həmçinin vəkilləri – Elçin Sadıqov və Fəxrəddin Mehdiyev iştirak edirdi.

      Hakim bildirdi ki, cavabdeh Etibar Əliyev iddianın icraata qəbul edilməsi ilə bağlı apellyasiya şikayəti verib. İddiaçı tərəfin vəkili Cavad Cavadov isə bildirdi ki, qanunda belə bir hal nəzərdə tutulmadığı üçün proses davam etdirilməlidir.

      Tərəfləri dinlədikdən sonra hakim Əliyev iddianın icraata qəbul edilməsi ilə bağlı cavabdeh tərəfin şikayətinin Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar verdi.

Xatırladaq ki, Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyev "21-ci Əsr Təhsil Mərkəzi"nin rəhbəri Etibar Əliyevi "Azadlıq" qəzetinin 24 sentyabr 2008-ci il tarixində dərc edilmiş müsahibəsinə görə məhkəməyə verib. 

Previous Post

“AZƏRBAYCANFİLM” KİNOSTUDİYASININ KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİNDEN

Next Post

Reportor Informasiya Agentliyinin mətbuat komfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.