Yanvarın 31-də peşə vəzifəsini yerinə yeritirərkən fiziki təzyiqə məruz qalmış RATİ-nin Naxçıvan bölgə müxbiri Həkimeldostu Mühdiyev bu gün (2 mart) yenidən Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Ə. Əhmədova, MR Daxili İşlər Nazirliyinin müstəntiqi Hikmət Əliyevə, MR Baş Prokuroru Səbuhi Şahverdiyevə və Naxçıvan şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
Müraciətə səbəb jurnalistin külqabı ilə vurulmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hadisəni törədən İsmayıl İsmayılov cəzalandırılmaması və jurnalistə cinayət işinin açılıb-açılmaması haqda heç bir məlumatın verilməməsidir. Hadisəni törədən İ.İsmayılov hələ də sərbəstdir və jurnalisti hədələməkdə davam edir.
Məlumatı RATİ-nin Naxçıvan bölgə müxbirinə H. Mehdiyevin özü verib.
Xatırladaq ki, 31 yanvar 2009-cu il tarixdə saat 10:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə keçirdikləri toplantıdan reportaj hazırlayarkən, İsmayıl İsmayılov adlı şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. İ.İsmayılov H.Mehdiyevi söyüb və masanın üzərində olan külqabını jurnalistə atıb. Nəticədə, H.Mehdiyev sol gözünün altından (almacıq hissədən) xəsarət alıb.