1 SAYLI İSTİNTAQ TƏCRİDXANASININ NÜMAYƏNDƏSİ KAMERALARIN FOTOŞƏKİLLƏRİNİ MƏHKƏMƏYƏ TƏQDİM EDİB

Dünən (02 mart) Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə nazirliyinin Penitensiar Xidmətinə və 1 saylı İstintaq Təcridxanasına qarşı, “həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair” qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə 1 saylı İstintaq Təcridxanasının nümayəndəsi rəis müavini Ağamməd Məmmədov və Penitensiar Xidmətin nümayəndəsi iştirak edirdi. Ədliyyə Nazirliyindən isə prosesdə heç kəs iştirak etməyib.
16 fevral 2009-cu il tarixində keçirilmiş məhkəmə prosesində iddiaçılar R. Kəbirli və Y. Ağazadə vəsatətlə çıxış edərək, məhkəmədən 1 saylı İstintaq Təcridxanasına baxış keçirməyi, orada saxlanılan şəxslərin siyahısını öyrənməyi, saxlanma kameralarının fotoşəkillərini çəkməyi, kameraların ölçü və sxemi ilə yerində baxış keçirilərək tanış olmağı  xahiş etmişdilər. Bu gün keçirilən prosesdə 1 saylı İstintaq Təcridxanasının nümayəndəsi saxlanma kameralarının fotoşəkillərini, kameraların ölçü və sxemlərini məhkəməyə təqdim edib. Bu haqda məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Y. Ağazadə verib. “Bu günkü prosesdə 1 saylı İstintaq Təcridxanasının nümayəndəsi saxlanma kameralarının fotoşəkillərini, kameraların ölçü və sxemlərini məhkəməyə təqdim etdi. Bunlarla yanaşı biz həbsdə olarkən, vəkilimizlə görüşlərimizin tarixini də təqdim etdi. Onların məhkəməyə təqdim etdikləri sənədlərdəki rəqəmlərlə bizim dediklərimiz arasında cüzi fərq vardı. Ötən prosesdə təcridxanada olduğumuz vaxt orada təmir işlərinin aparıldığını və məhbuslara yeni pastellərin verildiyinin şahidi olduq” – deyə Y.Ağazadə əlavə edib. Növbəti məhkəmə prosesi 10 mart 2009-cu il tarixində keçiriləcək.
Xatırladaq ki “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadə 2007-ci ildə C. Əliyevin iddiası ilə 5 ay 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdırlar.
Previous Post

NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİST YENİDƏN HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ

Next Post

İDRAK ABBASOVUN SƏHHƏTİ YAXŞILAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.