MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ İŞİ BAŞQA HAKİMƏ VERİLDİ

Bu gün (3 mart) Yasamal Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Yasamal rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən, "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı nəzərdə tutulan məhkəmə prosesi təxirə salındı.

Məhkəmə prosesinin təxirə salınmasına hakim Mətanət Hacıyevanın məzuniyyətə çıxması ilə əlaqədar olaraq, məhkəmə işinin hakim Tahir İsmayılova verilməsi səbəb olub.
Hakim T.İsmayılov isə iş ilə taniş olmadığını əsas gətirərək, məhkəmə prosesini 12 mart saat 12:00-a qədər təxirə saldı.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
Previous Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNDƏN 4 İL ÖTÜR

Next Post

NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİST YENİDƏN HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.