NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİST YENİDƏN HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ

Yanvarın 31-də peşə vəzifəsini yerinə yeritirərkən fiziki təzyiqə məruz qalmış RATİ-nin Naxçıvan bölgə müxbiri  Həkimeldostu Mühdiyev bu gün (2 mart) yenidən Naxçıvan Muxtar Respublikası daxili  işlər naziri Ə. Əhmədova, MR Daxili İşlər Nazirliyinin müstəntiqi Hikmət Əliyevə, MR Baş Prokuroru Səbuhi Şahverdiyevə və Naxçıvan şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

Müraciətə səbəb jurnalistin külqabı ilə vurulmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hadisəni törədən İsmayıl İsmayılov cəzalandırılmaması  və jurnalistə cinayət işinin açılıb-açılmaması haqda heç bir məlumatın verilməməsidir. Hadisəni törədən İ.İsmayılov hələ də sərbəstdir və jurnalisti hədələməkdə davam edir.
Məlumatı RATİ-nin Naxçıvan bölgə müxbirinə H. Mehdiyevin özü verib.
Xatırladaq ki, 31 yanvar 2009-cu il tarixdə saat 10:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə  keçirdikləri toplantıdan reportaj hazırlayarkən, İsmayıl İsmayılov  adlı şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. İ.İsmayılov H.Mehdiyevi söyüb və masanın üzərində olan külqabını jurnalistə atıb. Nəticədə, H.Mehdiyev sol gözünün altından (almacıq hissədən) xəsarət alıb.
Previous Post

MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ İŞİ BAŞQA HAKİMƏ VERİLDİ

Next Post

1 SAYLI İSTİNTAQ TƏCRİDXANASININ NÜMAYƏNDƏSİ KAMERALARIN FOTOŞƏKİLLƏRİNİ MƏHKƏMƏYƏ TƏQDİM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.