RATİ-nin əməkdaşı ilə söhbətində 14 saylı Cəzaçəkmə müəssissəsinin rəisi Ərşad Həsənov bildirib ki, Mirzə Sakit aclığı dayandırıb.
Həsənovdan jurnalistin aclığı dayandırmasının səbəbini soruşduqda isə rəis bildirdi ki, “səhhəti ilə bağlı olan problemlər həll olunacaq və o razılaşıb”. Daha ətraflı məlumat verməkdən imtina edən həbsxana rəisi ümumiyyətlə jurnalistin tələblərindən xəbərsiz olduğunu deyib.
APA Agentliyinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən aldığı məlumatda da bildirilir ki, Sakit aclıq aksiyasını dayandırması haqqında ərizə yazıb:“ərizədə göstərilib ki, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi tələbinə baxıldığı üçün aclığı dayandırır”.
RATİ-nin jurnalistin həyat yoldaşı Rəna Zahidovadan aldığı məlumata görə, M.Sakitin aclıq aksiyasını dayandırması ilə bağlı xəbərlər yalnışdır: “Mən saat 18:15 radələrində 14 saylı Cəzaçəkmə Müəssisəsi ilə əlaqə saxladım və mənə Sakitin aclığı davam etdirdiyini bildirdilər”.