Bu gün Şurabad yaşayış məntəqəsi ərazisində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi qəzaya uğrayıb.
APA-nın yaydığı məlumata görə, yol polisi jurnalistləri hadisənin baş verdiyi əraziyə buraxmayıblar və həmin yerdən təxminən 10 km aralıda saxlayıblar. Yol polisləri jurnalistlərə bildiriblər ki, onlara bu barədə göstəriş verilib.