Dünən (5 mart) Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi iclasda peyk vasitəsi ilə yayımlanacaq yeni, "ATV İnt" telekanalına 6 illik razılıq (lisenziya) verilib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin (ATV) xəbərlər departamentinin rəhbəri Natiq İbrahimov verib. O, bildirib ki, yeni telekanalın məhz “ATV”-yə verilməsinə səbəb bu kanalın xəbərlərin super reytinqli olmasıdır.
N. İbrahimov onu da qeyd edib ki, azərbaycan, rus, türk, fars, ingilis və erməni dillərində yayımlanacaq bu kanalın əsas məqsədi, Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəniyyət sahələrində baş verənləri dünya ictimaiyyətinə düzgün çatdırmaq və azərbaycançılığı təbliğ etməkdən ibarət olacaq.