“AMERİKANIN SƏSİ ” RADİOSUNUN REKLAMLARI YIĞIŞDIRILIB

Ötən həftənin sonundan etibarən “Amerikanın səsi” radiosunun reklamları Bakı metropoliteninin stansiyaları və vaqonlarından, eləcə də sərnişindaşıma  avtobuslarından yığışdırılıb.

Bu reklamların sərnişindaşıma avtobuslarında yerləşdirməsi ilə məşğul olan “Meqa Vijin”  reklam şirkətindən məsələ ilə bağlı heç bir məlumatlarının olmadığı bildirilsə də reklamların metropolitendə yerləşdirilməsi ilə məşğul olan ”Kommet” şirkətinin meneceri Yusif Hacıyev isə bildirildi ki, “Amerikanın səsi” radiosu bir aydır ki, bu reklamlara görə ödəməli olduğu ödənişi ödəmir.
     Məsələ ilə bağlı “Amerikanın səsi” radiosunun Bakı ofisi ilə də əlaqə saxlasaq da oradan sözügedən məsələ ilə bağlı məlumatsız olduqları bildirildi. Nəqliyyat Nazirliyi, Bakı Metropoliteni və Nəqliyyat Departamenti ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. Belə ki, heç bir qurumdan telefon zənglərimizə cavab verən olmadı.
Previous Post

“QIZLAR UNİVERSİTETİ” NİN TƏLƏBƏLƏRİ “YENİ MÜSAVAT” QƏZETİNİN REDAKSİYASINA BASQIN EDİB

Next Post

“ATV İNT” ALTI İLLİK LİSENZİYASINI ALDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.