“ATV İNT” ALTI İLLİK LİSENZİYASINI ALDI

Dünən (5 mart) Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi iclasda peyk vasitəsi ilə yayımlanacaq yeni,  "ATV İnt" telekanalına 6 illik razılıq (lisenziya) verilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin (ATV) xəbərlər departamentinin rəhbəri Natiq İbrahimov verib. O, bildirib ki, yeni telekanalın məhz “ATV”-yə verilməsinə səbəb bu kanalın xəbərlərin super reytinqli olmasıdır.
N. İbrahimov onu da qeyd edib ki, azərbaycan, rus, türk, fars, ingilis və erməni dillərində yayımlanacaq bu kanalın əsas məqsədi, Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəniyyət sahələrində baş verənləri dünya ictimaiyyətinə düzgün çatdırmaq və azərbaycançılığı təbliğ etməkdən ibarət olacaq.
Previous Post

“AMERİKANIN SƏSİ ” RADİOSUNUN REKLAMLARI YIĞIŞDIRILIB

Next Post

NOVELLA CƏFƏROĞLU MÜSAHİBƏSİNƏ GÖRƏ MTN-Ə ÇAĞRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.