NOVELLA CƏFƏROĞLU MÜSAHİBƏSİNƏ GÖRƏ MTN-Ə ÇAĞRILIB

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mart ayının 4-də Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağrılıb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verən hüquq müdafiəçisi MTN-ə çağrılmasının səbəbini “Bizim Yol” qəzetinin 4 mart tarixli sayında “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı “Azərbaycanda başlayıb Gürcüstanda bitən istintaq” adlı müsahibəsi olduğunu bildirib. Belə ki, N. Cəfəroğlu həmin müsahibədə, E. Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanovu  iki il əvvəl gördüyünü və onların Gürcüstan ərazisində  sərbəst gəzdiklərini bildirib: “Həmin şəxslərini mənə Gürcüstan vətəndaşları göstəriblər”
N. Cəfəroğlu daha sonra onu da bildirib ki, MTN-də onu istintaq şöbəsinin rəisi  Vüsal Ələkbərov qəbul edib. V. Ələkbərov hüquq müdafiəçisinə tanımaq üçün T. Əliyevin və T. Xubanovun fotoşəkillərini təqdim edib. N. Cəfəroğlu isə həmin şəxsləri iki il əvvəl gördüyünü və onların fotoşəkillərdəki şəxslərlə heç bir oxşarlığının olmadığını bildirib.  
Sözügedən məsələ ilə bağlı  MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayevlə də əlaqə saxladıq. Faktla bağlı heç bir açıqlama verməyə A. Babayev bu məsələ ilə əlaqədar N. Cəfəroğlunun  ictimaiyyətə və mətbuata kifayət qədər  məlumat verdiyini bildirib.
Previous Post

“ATV İNT” ALTI İLLİK LİSENZİYASINI ALDI

Next Post

ABİDƏ UCALDILMASI HANSI DÖVLƏT ORQANININ SƏLAHİYYƏTİNDƏDİR?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.