“AZAD İQTİSADİYYATA YARDIM MƏRKƏZİ” NİN SORĞUSUNA CAVAB VERİLDİ

Bu gün (16 mart) Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın (İsmayılov)  informasiya sorğusunu cavablandırmadığına görə Statistika Komitəsinə qarşı qaldırdığı  iddiası üzrə məhkəmə prosesi keçirilib.

Cavabdeh tərəfin hüquqşünası Səbinə Əhmədova, iddiaçı tərəfə göndərdikləri  informasiya sorğusuna cavabı tərəfə təqdim etdi. Hakim T. İsmayılov isə sorğunun cavabları ilə iddiaçı tərəfin tanış olması üçün vaxt verdi və növbəti məhkəmə prosesini 19 mart saat 10.00-a təyin etdi.
Previous Post

YENİ RUS-DİLLİ XƏBƏR PORTALI FƏALİYYƏTƏ BAŞLAYIB

Next Post

“AZADLIQ HƏRƏKATÇILARI BİRLİYİ” İLƏ “NOTA” QƏZETİ ARASINDA BARIŞIQ BAŞ TUTMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.