YENİ RUS-DİLLİ XƏBƏR PORTALI FƏALİYYƏTƏ BAŞLAYIB

14 mart tarixindən etibarən yeni xəbər portalı – "vesti.az" (www.vesti.az) öz fəaliyyətinə başlayıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) adlarının açıqlanmasını istəməyən portalın baş redaktoru və onun müavini verdilər. Onların məlumatına görə, sayt müstəqil və heç bir agentlikdən asılı olmayaraq fəaliyət göstərir.
Portaldakı xəbərlər ancaq rus dilində yayımlanır və Azərbaycanı, Cənubi Qafqazı, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini, Avropa Birliyini, yaxın şərqi və Asiya ərazisini əhatə edir.
Həmçinin redaktor söylədi ki, "vesti.az"  24 saat “on-line” sistemində fəaliyyət göstərir.
Previous Post

“SƏRHƏDSİZ REPORTOYLAR” MAHAL İSMAYILOĞLUNA MADDİ YARDIM GÖSTƏRİB

Next Post

“AZAD İQTİSADİYYATA YARDIM MƏRKƏZİ” NİN SORĞUSUNA CAVAB VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.