“AZADLIQ HƏRƏKATÇILARI BİRLİYİ” İLƏ “NOTA” QƏZETİ ARASINDA BARIŞIQ BAŞ TUTMADI

Bu gün (16 mart) Xətai  rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçılar Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə çıxış edən iddiaçı T. Novruzov, “Nota” qəzetinin 18 yanvar 2009-cu il tarixli sayında dərc olunan “MTN-də qaynar qazanların qapağı qaldırıldı” və  ““Olaylar” agentliyini bağlamaq istəyirlər” başlıqlı məqalələrin özünün şərəf və ləyaqətinə, cəmiyyətdəki nüfuzuna ləkə gətirmək məqsədi ilə yazıldığını bildirdi və  hakimdən iddiasının təmin olunmasını xahiş etdi. O, həmçinin qəzet səhifələrində ona qarşı şər, böhtan dolu təhqiramiz ifadələrin dərc olunduğunu söylədi. T. Novruzov bütün bunların ölkədə söz və mətbuat azadlığına, fikir prüralizminə yaradılan şəraitdən sui-istifadədən başqa bir şey olmadığını vurğuladı.
Cavabdeh tərəfdən çıxış edən “Nota” qəzetinin baş redaktoru S. Əlibəyli isə öz çıxışında dərc olunan məqalələrdə “AHB” nin sədri T. Novruzovun adının xüsusi olaraq çəkilmədiyini, yalnız bəzi yerlərdə epizodik olaraq çəkildiyini bildirdi.
Qeyd edək ki, ötən məhkəmə prosesində hakim T. Əliyev tərəflərə barışıq təklifi vermiş, tərəflər isə təklif barədə müvafiq razılığa gələcəklərinə söz vermişdilər. Lakin “AHB” ni sədrinin ağır xəstə olduğuna görə razılaşma baş tutmamışdı. Prosesdə T. Novruzov onu da qeyd edib ki, xəstə olduğu vaxt “Nota” qəzetində onun haqqında daha bir məqalə dərc edilib. Elə buna görə də barışıq təklifi haqqında düşünməkdən imtina edib.
Onu da qeyd edək ki, iddiada, vurulmuş mənəvi zərərə görə “Nota” qəzeti redaksiyasından 120.000 (yüz iyirmi min) AZN məbləğində təzminat tutulması, qəzetdə verilməsi və üzr istənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Növbəti məhkəmə prosesi 19 mart saat 17:30-a təyin olundu.
Previous Post

“AZAD İQTİSADİYYATA YARDIM MƏRKƏZİ” NİN SORĞUSUNA CAVAB VERİLDİ

Next Post

EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.