Bu gün (16 mart) Yasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın (İsmayılov) informasiya sorğusunu cavablandırmadığına görə Statistika Komitəsinə qarşı qaldırdığı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Cavabdeh tərəfin hüquqşünası Səbinə Əhmədova, iddiaçı tərəfə göndərdikləri informasiya sorğusuna cavabı tərəfə təqdim etdi. Hakim T. İsmayılov isə sorğunun cavabları ilə iddiaçı tərəfin tanış olması üçün vaxt verdi və növbəti məhkəmə prosesini 19 mart saat 10.00-a təyin etdi.