Bu gün (28 aprel) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı, Yasamal Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2 (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirilməli idi.
Lakin hakim T.İsmayılov heç bir səbəb göstərmədən məhkəmə prosesini qeyri-müəyyən vaxta təxirə salıb.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E.Carçıyev arasında mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində M. Məsimoğluna qarşı CM-nin 221.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.