“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ HƏLƏ DƏ İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLMƏYİB

24 aprel tarixində həbs olunmuş “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev 4 gündür ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır və hələ də istintaq təcridxanasına köçürülməyib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən vəkil Elbrus Sarıvəlli, N.Quliyevin bu gün və ya sabah 1 saylı istintaq təcridxanasına göndərilməsinin gözlənildiyini dedi.
N.Quliyevin BMCMİ-də saxlanılmasının səbəbinə gəlincə, E.Sarıvəlli bildirdi ki, Baş prokuror  yanında Korrupsiyaya qarşı  Mübarizə İdarəsi tərəfindən CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də ittiham irəli sürülsə də, N.Quliyevin konkret hansı əməli törətməsi barədə heç bir məlumat verilmir. “Biz onun haqqında yalnız CM-nin 147 və 148-ci maddələri ilə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıldığını və bu işə görə axtarışda olduğunu bilirik. Digər maddələrlə görə ittiham olunmasının səbəbi isə hələlik naməlumdur” – deyə, vəkil E.Sarıvəlli vurğuladı.
DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə RATİ-yə bildirib ki, N.Quliyev İdarəsi CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də ittiham olunduğuna görə BMCMİ -də saxlandığını təsdiqləsə də, bu maddələr üzrə ittihamların səbəbinin istintaqdan sonra məlum olacağını qeyd etdi.
Xatırladaq ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb və məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuşdu.
Previous Post

MÜSAVAT DEPUTAT QRUPUNUN ÜZVLƏRİ DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ SORĞU GÖNDƏRƏCƏK

Next Post

MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.