MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (28 aprel) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı, Yasamal Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirilməli idi.

Lakin hakim T.İsmayılov heç bir səbəb göstərmədən məhkəmə prosesini qeyri-müəyyən vaxta təxirə salıb.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E.Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
Previous Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ HƏLƏ DƏ İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLMƏYİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.