HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (27 aprel) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) Ayəndə Mürsəliyevanın özü verib.
A.Mürsəliyeva Q.Zahidin səhhətinin normal olduğunu, saxlanma şəraitindən heç bir şikayəti olmadığını bildirdi. O, gündəlik dərc olunan qəzetləri də  Q.Zahidə apardığını deyərək , həyat yoldaşının siyasi məhbuslar üzrə məruzəçi ilə xüsusi  maraqlandığını və azadlığa çıxmasının ya siyasi məruzəçi, ya da Avropa Məhkəməsi vasitəsilə mümkün ola biləcəyinə ümid etdiyini vurğuladı.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Previous Post

MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

“DALĞA” GƏNCLƏR HƏRƏKATININ BİR NEÇƏ ÜZVÜ POLİS BÖLMƏSİNƏ APARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.