ELMAR MƏMMƏDYAROV HİLLARİ KLİNTONLA XARİCİ RADİOSTANSİYALARIN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən  (5 may) dövlət katibi Hillari Klintonla görüşündən sonra Azərbaycan jurnalistlərinin suallarına cavab verib.

Azərbaycanda xarici radiostansiyaların milli tezlikdə yayımının dayandırılması məsələsini də ABŞ dövlət katibi ilə müzakirə etdiklərini deyən E.Məmmədyarovun sözlərinə görə, Amerika tərəfi Azərbaycan radiosunun ABŞ-da, “Azad Avropa” və “Amerikanın səsi” radiostansiyalarının isə Azərbaycanda milli tezlikdə yayımlanması ilə  saziş təklif edir: “İkitərəfli danışıqlar davam edir, lakin bu danışıqlar Xarici İşlər Nazirlikləri səviyyəsində deyil, yayım şuraları səviyyəsində aparılır.”
Previous Post

“AZADLIQ” RADİOSUNA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.