ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən (5 may) dövlət katibi Hillari Klintonla görüşündən sonra Azərbaycan jurnalistlərinin suallarına cavab verib.
Azərbaycanda xarici radiostansiyaların milli tezlikdə yayımının dayandırılması məsələsini də ABŞ dövlət katibi ilə müzakirə etdiklərini deyən E.Məmmədyarovun sözlərinə görə, Amerika tərəfi Azərbaycan radiosunun ABŞ-da, “Azad Avropa” və “Amerikanın səsi” radiostansiyalarının isə Azərbaycanda milli tezlikdə yayımlanması ilə saziş təklif edir: “İkitərəfli danışıqlar davam edir, lakin bu danışıqlar Xarici İşlər Nazirlikləri səviyyəsində deyil, yayım şuraları səviyyəsində aparılır.”