HÜQUQ MÜDAFİƏÇİSİ ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (5 may) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan “Gündəlik Azərbaycan” və “ Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ( RATİ ) Elçin Behbudov verib. E.Fətullayevin saxlanma şəraiti ilə tanış olduğunu deyən E.Behbudov vurğuladı ki, baş redaktorun saxlanma şəraiti və səhhəti normaldır.
Xatırladaq ki, Eynulla Fətullayev 21 aprel 2007-ci ildə böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan E.Fətullayev terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci ilin 30 oktyabrında ona əvvəlki həbs müddəti də daxil olmaqla, ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

ELMAR MƏMMƏDYAROV HİLLARİ KLİNTONLA XARİCİ RADİOSTANSİYALARIN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

“SƏRHƏDSİZ REPORTYORLAR”IN SİYAHISINDA AZƏRBAYCAN 173 ÖLKƏ ARASINDA 150-Cİ YERİ TUTUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.