“AZADLIQ” RADİOSUNA QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün ( 06 may) Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun  “Azadlıq” radiosunun redaksiyasına qarşı qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin qərarından verdiyi şikayət əsasında məhkəmə prosesi keçirilib.

Qeyd edək ki,  15 dekabr 2008-ci ildə Yasamal rayon Məhkəməsinin hakimi Abbas Bağırov Qamət Süleymanovun iddiasını qismən təmin edərək, “Azadlıq” radiosunun internet saytında təkzib verilməsi ilə bağlı qərar çıxarıb.
Bugünkü prosesdə iddiaçı tərəfdən səlahiyyətli nümayəndə Rəşad Məmmədov, cavabdeh tərəfdən isə “Media Hüquqları İnstitutu”nun vəkili, “Azadlıq” radiosunun səlahiyyətli nümayəndəsi Fariz Namazlı iştirak edirdi.
İddiaçı tərəfin səlahiyyətli nümayəndəsi R. Məmmədov bildirdi ki: ”Azadlıq” radiosunda təkzib dərc olunarsa, barışmağa hazırıq.  Cavabdeh  tərəfin səlahiyyətli nümayəndəsi F.Namazlı isə çıxışında bildirdi ki,  ”Azadlıq” radiosunun internet saytında dərc olunan yazıda “Əbu Bəkr” məscidinin imamı Q. Süleymanovun şərəf və ləyaqəti təhqir olunmayıb, ona görə də təkzib verilməyəcək.
Daha sonra iddiaçının nümayəndəsi R. Məmmədov şikayət ərizəsi ilə tanış olmaq üçün hakimdən vaxt istədi. Hakim A.Abdullayeva növbəti prosesi 20 may saat 11.45-ə təyin etdi.
Xatırladaq ki,  “Azadlıq” radiosunun internet saytında dərc olunmuş “Kimdir xəvvariclər?” yazısında “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğunu iddia edən Q. Süleymanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Azadlıq” radiosunun internet saytında təkzib məqaləsinin dərc edilməsini və 50 min manat təzminat ödənilməsini istəmişdi.
Previous Post

ONLAYN JURNALISTİKA İLƏ BAĞLI YENİ LAYİHƏYƏ REGİONAL JURNALİSTLƏR QATILACAQ

Next Post

ELMAR MƏMMƏDYAROV HİLLARİ KLİNTONLA XARİCİ RADİOSTANSİYALARIN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.